Operativ Məlumat Mərkəzi

Türkiyə Rusiya ilə Ukrayna arasında Qara dənizlə bağlı müzakirələrdən danışıb

1 dəq
Paylaş:
Türkiyə Rusiya ilə Ukrayna arasında Qara dənizlə bağlı müzakirələrdən danışıb

Rusiya və Ukraynanın Qara dəniz təhlükəsizliyi ilə bağlı Ankarada görüşü nəzərdə tutulmayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası məlumat yayıb.

“Biz Qara dənizdə təhlükəsizlik məsələləri ilə bağlı tərəflərlə daimi koordinasiyadayıq”, - agentliyin mənbəsi məsələ ilə bağlı sualı cavablandırarkən deyib.

CNN Türk daha əvvəl danışıqların atəşkəs əsasında aparıla biləcəyi barədə məlumat vermişdi. Tərəflər Qara dənizdə sülhün qorunmasına kömək edəcək tədbirləri müzakirə edəcəklər. Danışıqların aprelin 15-16-da Ankaradakı Hərbi Dəniz Qüvvələri Komandanlığının qərargahında keçirilməsi planlaşdırılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər