Qəzza zolağına humanitar yardım aparan üçüncü təyyarə Türkiyədən Misirə göndərilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
“Qəzza zolağı üçün hazırlanmış humanitar yardımı Misirə çatdıracaq üçüncü təyyarəmiz Ankaradakı Mürted Hava Bazasından havaya qalxıb”.
Qeyd edək ki, Türkiyə Cümə günü humanitar yardım göndərməyə başlayıb, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq sərəncam verib. Yardım Misirdən Qəzza zolağına Rəfah keçid məntəqəsi vasitəsilə çatdırılacaq.