Operativ Məlumat Mərkəzi

Türkiyədə 2 terrorçu zərərsizləşdirilib

1 dəq
Paylaş:
Türkiyədə 2 terrorçu zərərsizləşdirilib
bu barədə Türkiyənin Daxili İşlər naziri Əli Yerlikaya "X" sosial şəbəkəsində paylaşım edib. Terrorçulardan biri "Nurhak Derik Gap" kod adlı Ramazan...

Türkiyənin Mardin bölgəsində iki terrorçu zərərsizləşdirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Əli Yerlikaya "X" sosial şəbəkəsində paylaşım edib.

Terrorçulardan biri "Nurhak Derik Gap" kod adlı Ramazan Temel, digərinin isə “Yılmaz” kod adlı Bilal Şahin olduğu bildirilib.

Terrorçuların 28 aprel 2023-cü ildə Nusaybində jandarma çavuşu Mehmet Gündüzü şəhid etdiyi vurğulanıb.

Nazir Yerlikaya paylaşımında əməliyyatın görüntülərini də yerləşdirib və terrorla mübarizənin qətiyyətlə davam etdiriləcəyini vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər