Rusiya prezidenti Vladimir Putin ABŞ dövlət katibi Antoni Blinkeni ulu babasının 1904-cü ildə Rusiya Federasiyasından qaçdığını və Kiyevdə yaşadığını söyləyərkən yaxalayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Türkiyənin “dikGAZETE” qəzetinin yazdığına görə, ABŞ dövlət katibi Rusiya liderinin Ukraynanın 1922-ci ildən əvvəl bir dövlət kimi prinsipcə mövcud olmaması ilə bağlı sözlərini dolayısı ilə təsdiqləyib və Putinin reaksiyasını ABŞ üçün “mahir tarix dərsi” adlandırıb.
Türkiyə mediasından bir jurnalist qeyd edib ki, Putin jurnalist Pavel Zarubinlə görüşündə Blinkeni “bizim adam” adlandırıb.