Operativ Məlumat Mərkəzi

Putin Ərdoğanla telefon danışığı apardı

1 dəq
Paylaş:
Putin Ərdoğanla telefon danışığı apardı

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rəsmi Kreml məlumat yayıb.

Liderlər Ukrayna ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Müzakirələr ABŞ tərəfindən təklif olunan sülh planı ətrafında müzakirələr kontekstində aparılıb. Putin Rusiyanın münaqişənin siyasi və diplomatik yollarla həllində maraqlı olduğunu bir daha təsdiqləyib.

"Biz Ukrayna ətrafındakı vəziyyət, o cümlədən Amerikanın sülh yolu ilə həll təklifləri kontekstində fikir mübadiləsi apardıq. Vladimir Putin qeyd edib ki, gördüyümüz versiyada bu təkliflər Alyaskada keçirilən Rusiya-Amerika sammitindəki müzakirələrlə uyğun gəlir və prinsipcə, yekun sülh həlli üçün əsas yarada bilər", - Kreml bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər