Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
"Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan mediasına istinadən xəbər verir ki, Paşinyan Qurban bayramı münasibətilə Ərdoğanı təbrik edib.
Türkiyə və Ermənistan liderləri ikitərəfli əlaqələri və regional məsələləri müzakirə edib.
Tərəflər dialoqu davam etdirməyə razılaşıblar.