Türkiyə ordusunun Livanda qalmasına dair icazənin müddəti daha bir illik uzadılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, daha əvvəl Türkiyə Prezidentinin imzaladığı qərar Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilib.
Bu gün TBMM-də keçirilən müzakirələrdə Yaşıl Sol Partiya istisna olmaqla bütün partiyalar sənədin lehinə səs verib.