Türkiyə Ermənistanla normallaşma prosesində güzəştlər edib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O qeyd edib ki, Ankara bu addımları Azərbaycan-Ermənistan normallaşma prosesinə töhfə göstərmək üçün edib: “Amma onlar səmimi olmadıqlarını bir daha göstərdilər…Bizim Osmanlı paşalarımızı və Azərbaycanlı qardaşlarımızı öldürən şəxslərə heykəlin ( “Nemezis” - red. ) ucaldılmasını qəbul edə bilmərik”.
Nazir əlavə edib ki, Türkiyə tərəfi heykəlin sökülməsi ilə bağlı rəsmi İrəvana xəbərdarlıq edib və bu məsələyə dair Ermənistana qarşı yeni addımlar atacaq.