Türkiyə Milli Kəşfiyyat rəhbəri İbrahim Kalın təmas üçün ABŞ-yə gedib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Kəşfiyyat rəsmiləri ilə görüşəcək MİT sədri Kalın Ağ Ev, Konqres və Xarici İşlər Nazirliyində də görüşlər keçirəcək. İbrahim Kalın Qəzzada, eləcə də İraq və Suriyada müharibənin dayandırılması və atəşkəs üçün danışıqlar aparacaq.
Görüşdə Rusiya ilə Ukrayna arasında davam edən müharibə və Cənubi Qafqaz məsələsi də müzakirə olunacaq.