Rəsmi Ankara Misirin Əl Ariş hava limanında 20 səhra xəstəxanasının tikintisi üçün icazə gözləyir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.
“Qəzza üçün hazır gəmi xəstəxanamız var. Biz 40-a yaxın təcili yardım maşını planlaşdırmışıq və onlar xidmətə hazırdır. İki baş menecerimiz də daxil olmaqla 20 nəfərlik tibbi heyətimiz hələ də oradadır. İstər "Rəfah" sərhəd qapısına yaxın ərazidə, istərsə də Əl Ariş hava limanında 20 səhra xəstəxanası yaratmaq üçün bütün hazırlıqları görmüşük. Bütün bunlarla bağlı Misir və Fələstin Səhiyyə nazirlikləri ilə sıx dialoq aparırıq. Biz təhlükəsizliyin təmin edilməsini və icazələrin verilməsini gözləyirik. İcazə verilərsə, dərhal sağlamlıq əməliyyatlarına başlamağa hazırıq".