Operativ Məlumat Mərkəzi

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini endirib

1 dəq
Paylaş:
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini endirib
Türkiyə Mərkəzi Bankı dekabrın 26-da (TCMB) uçot dərəcəsini 2,5 faiz bəndi azaldaraq 50 %-dən 47,5 %-ə endirib. "Operativ Məlumat Mərkəzi-OMM" bu barədə...

Türkiyə Mərkəzi Bankı dekabrın 26-da (TCMB) uçot dərəcəsini 2,5 faiz bəndi azaldaraq 50 %-dən 47,5 %-ə endirib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə TCMB-yə istinadən xəbər verir.

Qeyd edilib ki, ilkin məlumatlar dekabrda inflyasiya ilə bağlı əsas tendensiyanın azalmasına işarə edir. Son rübün göstəriciləri daxili tələbin yavaşlamağa davam etdiyini və inflyasiyanın azalmasına dəstək verən səviyyədə olduğunu göstərir. Bununla belə risk faktorları qalmaqdadır.

Xatırladaq ki, TCMB bu son 8 iclasında uçot dərəcəsini 50 % səviyyəsində saxlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər