Türkiyə İnterpol tərəfindən axtarılan Viktor Panyuşkini Rusiyaya ekstradisiya edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Habertürk" telekanalı məlumat yayıb.
Cinayətkar Şimali Kipr Türk Cümhuriyyətində saxlanılıb
Televiziya bildirir ki, Rusiyada qətl də daxil olmaqla doqquz ağır cinayətə görə məhkumluğu olan və İnterpol tərəfindən axtarılan "Vitya Pan" ləqəbli Viktor Panyuşkin Ukraynaya qaçmaq istəyən zaman saxlanılıb.