Operativ Məlumat Mərkəzi

Türkiyə Əfqanıstana humanitar yardım göndərib

1 dəq
Paylaş:
Türkiyə Əfqanıstana humanitar yardım göndərib
bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb. "Ölkəmizin yardım əlini Əfqanıstana çatdırırıq. Əfqanıstanda baş verən zəlzələdən sonra ehtiyac duyulan...

Türkiyə Əfqanıstanda baş verən zəlzələyə görə bu ölkəyə humanitar yardım göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Ölkəmizin yardım əlini Əfqanıstana çatdırırıq. Əfqanıstanda baş verən zəlzələdən sonra ehtiyac duyulan yardım materiallarını və AFAD avadanlıqlarını çatdıracaq Hərbi Hava Qüvvələrimizə aid təyyarə Mürted aerodromundan yola düşüb", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, oktyabrın 7-də Əfqanıstanda 6,3 bal gücündə iki zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 2445 nəfər ölüb, 9 mindən çox insan yaralanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər