“Türkiyə-Azərbaycan Universitetinə binanın ayrılması üçün Bakıda bir neçə binaya baxış keçirəcəyik”.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, bunun üçün türkiyəli nazirlə birlikdə Bakının mərkəzində bir neçə binaya baxılacaq: “Hazırda konkret bina yoxdur. Gələn həftənin sonundan bir ay ərzində bina müəyyənləşəcək”.
Nazir, həmçinin bu universitetdə daha çox azərbaycanlı tələbələrin təhsil alacağını açıqlayıb: “Bu ali məktəbdə təhsil əsasən Azərbaycan vətəndaşları üçündür. Əgər hansısa türk tələbə Hacəttəpə Univetsitetinin diplomunu orada yox, Bakıda almaq istəyirsə, ala bilər”.