Türkiyə alimi xəbərdarlıq edib

Türkiyə alimi xəbərdarlıq edib
11.03.2023 10:04
Aa
dəq

“Manisa şəhərinin Turqutlu rayonunda maksimum 7 maqnitudada, təxminən 35 saniyə davam edəcək zəlzələni proqnozlaşdırıram”.

"Operativ Məlumat Mərkəzi-OMM" “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyənin Manisa şəhərinin Turqutlu rayonundakı binaların zəlzələyə davamlılığını araşdıraraq hesabat hazırlayan prof. dr. Övgün Ahmet Ercan deyib.

O, zəlzələ zamanı çox dağıntının ola biləcəyini proqnozlaşdırır.

“Turqutluya baş çəkmək imkanım oldu. Bəyəndiyim və bəyənmədiyim tikililər var”, - alim qeyd edib.

Manisanın Turqutlu rayonundakı binaların zəlzələyə davamlılığını araşdıraraq hesabat hazırlayan prof. dr. Övgün Ahmet Ercan zəlzələnin başvermə müddətinin uzanmasının dağıntıları da artırdığını bildirib. O, qeyd edib ki, təməlinin dərinliyi 80 santimetrdən 1 metrə qədər olan binalar “intihar” evləridir və bunlar qısa zamanda müəyyən edilməlidir.

“Turqutluda evlərin dam örtüyü var, bu, yaxşı haldır. Dam olmalıdır. Mən şəhərdə bünövrəsinin dərinliyi 80 santimetrdən 1 metrə qədər olan tikililər görmüşəm. Bunlar intihar evləridir, bu binaları qısa zamanda müəyyən etmək lazımdır. Zəlzələ nə qədər böyük olarsa, sarsıntı bir o qədər uzun sürər. Sarsıntının müddəti nə qədər uzun olarsa, dağıntı da bir o qədər çox olar”, - Övgün Ahmet Ercan əlavə edib.

Həftənin ən çox oxunanları

Rusiya hakerlərinin Ermənistan Baş naziri Aparatının məlumat bazasına hücumu yoxlanılır

Rusiya hakerlərinin Ermənistan Baş naziri Aparatının məlumat bazasına hücumu yoxlanılır
DAVAMIN OXU davamın oxu

İran prezidenti Livandakı peycer partlayışlarını Qərb üçün biabırçılıq adlandırıb

İran prezidenti Livandakı peycer partlayışlarını Qərb üçün biabırçılıq adlandırıb
DAVAMIN OXU davamın oxu

İran BRİKS sammitində Rusiya ilə strateji tərəfdaşlıq sazişi imzalamağı gözləyir

İran BRİKS sammitində Rusiya ilə strateji tərəfdaşlıq sazişi imzalamağı gözləyir
DAVAMIN OXU davamın oxu

Zaxarova Aİ diplomatiyasının yeni rəhbərinin təyinatını şərh edib

Zaxarova Aİ diplomatiyasının yeni rəhbərinin təyinatını şərh edib
DAVAMIN OXU davamın oxu

Rusiyada saxlanılan azərbaycanlı vəkil Elman Paşayev hərbi məhkəməyə aparılıb

Rusiyada saxlanılan azərbaycanlı vəkil Elman Paşayev hərbi məhkəməyə aparılıb
DAVAMIN OXU davamın oxu