Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mühyiddin Salim ilə görüş keçirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı TRT Haber məlumat yayıb.
Bildirilib ki, görüş zamanı iki ölkə arasında diplomatik əlaqələrin inkişafı və əməkdaşlıq məsələləri müzakirə olunub.
Görüş çərçivəsində tərəflər Türkiyə Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyası ilə Sudan Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Diplomatiya İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumunu da imzalayıblar.