Türkiyənin qərbində yerləşən Balıkesir əyalətində hərbi hava qüvvələrinə məxsus "F-16" tipli qırıcı təyyarə qəzaya uğrayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə çərşənbə günü səhər saatlarında qeydə alınıb.
Türkiyə Milli Müdafiə Nazirliyinin verdiyi rəsmi məlumata əsasən, qəza nəticəsində təyyarəni idarə edən pilot həlak olub.
Hadisənin başvermə səbəbləri ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırmalara başlanılıb.
Qeyd edək ki, qəza ilə bağlı əlavə təfərrüatlar hələlik açıqlanmayıb.