ABŞ prezidenti Donald Tramp İran rəhbərliyinin ona qarşı yönəlmiş təhdidləri reallaşdıracağı təqdirdə bu ölkənin tamamilə məhv ediləcəyini bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, “News Nation” telekanalına müsahibə verən Tramp rəsmi Tehrana ciddi xəbərdarlıq ünvanlayıb.
“İran rəhbərliyi belə bir addım atmamalıdır, lakin mən artıq müvafiq bildiriş göndərmişəm. Əgər mənə qarşı hər hansı bir hadisə baş verərsə, biz hər şeyi darmadağın edəcəyik. Bütün ölkə yer üzündən silinəcək. Bununla bağlı çox aydın təlimatlarım var”.
Dövlət başçısı, həmçinin Co Bayden administrasiyasını İranın təhdidlərinə qarşı kifayət qədər sərt reaksiya verməməkdə ittiham edib. O, ABŞ-nin daha qətiyyətli mövqe nümayiş etdirməli olduğunu qeyd edib.
Xatırladaq ki, Tramp bir müddət əvvəl verdiyi bəyanatda İranda hakimiyyət dəyişikliyinin vaxtının çatdığını bildirmişdi. O, mövcud rejimi ölkəni məhv etməkdə və görünməmiş miqyasda zorakılıq tətbiq etməkdə günahlandırıb.