ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" hesabında verdiyi açıqlamada Qəzzadakı bütün girovların – həm sağ qalanların, həm də həlak olanların tamamilə geri alındığını bəyan edib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Tramp qeyd edib ki, sonuncu girovun cəsədinin tapılması ilə bu proses yekunlaşıb.
"Aİ-yə qaz idxalına icazə verməzdən əvvəl qazın hansı ölkədə istehsal olunduğunu yoxlamalıdırlar"
"Qəzzadakı sonuncu girovun cəsədini çıxardıq. Beləliklə, sağ qalan 20 girovun hamısını və həlak olanların hamısını geri qaytardıq! Möhtəşəm bir işdir. Çoxları bunun qeyri-mümkün olduğunu düşünürdü".
İsrail ordusu tərəfindən verilən rəsmi məlumata görə, Qəzza zolağında tapılan sonuncu girovun Ran Qvili adlı əsgər olduğu müəyyən edilib.
HƏMAS qruplaşması isə cəsədin məhz onların verdiyi koordinatlar və məlumatlar sayəsində tapıldığını iddia edib.
Xatırladaq ki, İsrailin Baş naziri Benyamin Netanyahu "Rəfah" sərhəd keçid məntəqəsinin açılması üçün Qvilinin cəsədinin tapılmasını əsas şərt kimi irəli sürmüşdü. Sərhəd qapısının yalnız bu prosesdən sonra fəaliyyətini bərpa edə biləcəyi bildirilmişdi.