ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranın ali dini lideri Ayətullah Əli Xameneinin öldürülməsindən sonra Tehranla razılığa gəlmək "çox daha asan" olacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Amerika lideri bunu "CBS News"a telefonla verdiyi müsahibədə deyib.
Onun fikrincə, ABŞ və İsrailin Xameneinin ölümü ilə nəticələnən hücumları "effektiv olub" və diplomatiyaya yol aça bilər.
"İndi dünənkindən çox daha asandır, aydındır. Çünki onlara (İrana - red.) bərk zərbə vururlar", - Tramp böhranın diplomatik nizamlanması perspektivləri haqqında suala cavab verərkən deyib.
O həmçinin Xameneinin ölümündən sonra İran lideri postuna "bir neçə uyğun namizəd" olduğunu bildirib, lakin təfərrüatlara varmayıb.