Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Tropik xəstəlik Avropada epidemiya təhlükəsi yaradır

2 dəq
Paylaş:
Tropik xəstəlik Avropada epidemiya təhlükəsi yaradır

İqlim böhranı səbəbindən artan temperaturlar və ağcaqanadının sürətlə yayılması Avropanı ciddi sağlamlıq təhdidi ilə üz-üzə qoyub.

“Operativ Məlumat Mərkəzi-OMM” xarici KİV-ə istinadən xəbər verir ki, xəstəliklər İspaniya və Yunanıstan kimi cənub ölkələrində ilin altı ayından çox, İngiltərənin cənub-şərqində isə iki ay ərzində aktiv ola bilər.

Yoluxma həddi 2,5 dərəcə aşağı düşüb

"UKCEH" (Böyük Britaniya Ekologiya və Hidrologiya Mərkəzi) tərəfindən həyata keçirilən tədqiqat virusun orqanizmində inkişafını tamamlamaq üçün tələb olunan minimum temperaturun əvvəllər güman edildiyindən 2,5 dərəcə daha aşağı olduğunu üzə çıxarıb.

Əvvəlki təxminlərdə 16-18 dərəcə olaraq proqnozlaşdırılan yoluxma həddi, yeni məlumatlarla 13-14 dərəcəyə qədər geriləyib. Bu, virusun daha geniş ərazilərdə və daha uzun müddət təhlükə yaradacağı mənasına gəlir.

Fransa və İtaliyada yoluxma sayında kəskin artım

Keçmişdə nadir hallarda rast gəlinən "Chikungunya" virusu artıq Avropanın mərkəzi ölkələrində ciddi fəsadlar törədir.

Məlumata görə, Fransada son on ildə cəmi 30 civarında olan yoluxma sayı, ötən il 800-ü ötüb. xüsusilə uşaqlar və yaşlılar üçün ölümcül ola bilər. Yoluxanların təxminən 40 faizində beş il sonra belə şiddətli oynaq ağrıları və artrit əlamətləri müşahidə edilir.

Qış fəsli artıq qoruyucu deyil

Normal şəraitdə Avropanın soyuq qış ayları ağcaqanadların fəaliyyətini dayandıraraq virusun ötürülməsini əngəlləyən təbii baryer rolunu oynayırdı. Lakin Cənubi Avropada ağcaqanadların artıq bütün il boyu aktiv olması bu təbii müdafiənin yox olduğunu göstərir. Mütəxəssislər durğun suların təmizlənməsi, qoruyucu geyimlərdən istifadə və effektiv nəzarət sistemlərinin qurulması ilə bağlı çağırış edirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax