Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ-nin üç qırıcısı Küveyt səmasında səhvən vurulub

2 dəq
Paylaş:
ABŞ-nin üç qırıcısı Küveyt səmasında səhvən vurulub

ABŞ-nin İrana qarşı tapşırıqlarını icra edən üç "F-15E" qırıcısı səmasında təsadüfən vurulub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Pentaqon rəsmi məlumat yayıb.

Məlumata əsasən, üç "F-15E Strike Eagle" tipli qırıcı-bombardmançı təyyarə "Epic Fury" ("Epik Qəzəb") əməliyyatı çərçivəsində tapşırıqları yerinə yetirərkən hədəfə alınıb. İnsidentin "dost atəşi" nəticəsində baş verdiyi ehtimal edilir.

Aktiv döyüş əməliyyatları İran təyyarələri, ballistik raketlər və pilotsuz uçuş aparatlarının hücumlarının qarşısının alınmasını edib. ABŞ Hava Qüvvələrinə məxsus qırıcıların Küveytin hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğu bildirilir.

Ekipajların altı üzvünün hamısı katapult edib və uğurla təxliyə olunublar. Onların vəziyyəti stabil qiymətləndirilir. Küveyt insidenti rəsmən etiraf edib və araşdırmada yardım göstərməyə hazır olduğunu bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax