Operativ Məlumat Mərkəzi

Trampla Putin arasında telefon danışığı olub

1 dəq
Paylaş:
Trampla Putin arasında telefon danışığı olub
bu barədə Ağ ev məlumat yayıb. Ağ evin aparat rəhbərinin müavini Den Skavino danışıqların yaxşı davam etdiyini bildirib. Telefon danışığı 3 saatdan çox...

ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb.

Ağ evin aparat rəhbərinin müavini Den Skavino danışıqların yaxşı davam etdiyini bildirib. Telefon danışığı 3 saatdan çox çəkib.

ABŞ administrasiyası müharibəni sona çatdırmaq üçün mümkün bir yol kimi 30 günlük atəşkəs təklifini imzalamaqla bağlı Rusiya tərəfi ilə müzakirə aparır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər