Operativ Məlumat Mərkəzi

Tramp Ukraynadakı münaqişəyə son qoymağı hədəfləyir

1 dəq
Paylaş:
Tramp Ukraynadakı münaqişəyə son qoymağı hədəfləyir
bu barədə ABŞ dövlət katibi Marko Rubio ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında baş tutan telefon danışığından sonra Xarici İşlər Nazirliyi...

ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinə son qoymağı hədəfləyir və ABŞ-ın Parisdə müttəfiqləri ilə məsləhətləşmələri Ukraynada sülhün mümkün olduğunu göstərir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında baş tutan telefon danışığından sonra Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Prezident Tramp və ABŞ bu müharibənin bitməsini istəyir və indi bütün tərəflərə güclü və davamlı sülhün konturlarını açıqlayıb”, - bəyanatda deyilir.

Bildirilib ki, Parisdə ABŞ-ın təkliflərinə göstərilən ümidverici cavab onu göstərir ki, bütün tərəflər razılığa gəlmək öhdəliyini götürsə, sülh mümkündür.

Bu xəbəri paylaş

Oxşar xəbərlər