Xüsusi elçi Stiv Vitkov və ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner yanvar ayında Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya səfər etməyi planlaşdırır.
“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə “Bloomberg”ə istinadən xəbər verir.
Mənbələr görüşün bu ay baş tuta biləcəyini bildiriblər. Lakin planların hələ dəqiqləşdirilmədiyi və İrandakı iğtişaşların iki həftədən artıq davam etməsi səbəbindən vaxtın təxirə salına biləcəyi vurğulanıb.