ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilseni hədələyib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Donald Tramp jurnalistlərə açıqlamasında Qrenlandiya rəhbərliyinin mövqeyindən narazı olduğunu bildirib və Baş nazir Yens-Frederik Nilseni “böyük bəla” ilə təhdid edib.
Qeyd edək ki, Yens-Frederik Nilsen daha əvvəl Qrenlandiyanın satılmadığını bəyan edib. O, həmçinin ada sakinlərinin seçim imkanı olacağı təqdirdə, ABŞ-nin bir hissəsi olmaqdansa, Danimarkanın tərkibində qalmağa üstünlük verəcəklərini bildirib.
Tramp jurnalistlərə açıqlamasında deyib: “Mən onunla razı deyiləm. Onun haqqında heç nə bilmirəm, amma bu, onun üçün böyük problem olacaq”.
ABŞ Prezidenti daha əvvəl Qrenlandiyanın müdafiə imkanlarını da lağa qoyaraq, adanın müdafiəsinin “iki it komandasından” ibarət olduğunu söyləmişdi.
Bundan əlavə, ABŞ Konqresində artıq “Qrenlandiyanı ilhaq etmək və adaya ABŞ dövlətçiliyi vermək” məqsədi daşıyan qanun layihəsinin təqdim edildiyi bildirilir.