Operativ Məlumat Mərkəzi

Tramp prezident seçkiləri sorğularında Baydeni qabaqlayır

1 dəq
Paylaş:
Tramp prezident seçkiləri sorğularında Baydeni qabaqlayır
bu barədə xarici KİV məlumat yayıb. "Reuters" və "Ipsos"un birgə keçirdiyi son sorğuda 2020-ci ildə Baydenə uduzan Tramp rəqibini 2 xal qabaqlayıb....

ABŞ-də noyabrın 5-də keçiriləcək prezident seçkiləri üçün geri sayım davam edərkən, hazırkı sorğularda Respublikaçı Donald Tramp demokrat Joe Biden-i cüzi fərqlə qabaqlayır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

"Reuters" və "Ipsos"un birgə keçirdiyi son sorğuda 2020-ci ildə Baydenə uduzan Tramp rəqibini 2 xal qabaqlayıb.

Sorğuya görə, Respublikaçı Trampa səs verəcəyini deyən seçicilərin nisbəti 41 faizə çatıb, demokrat Baydenə üstünlük verəcəyini deyən seçicilərin nisbəti isə 39 faizdə qalıb. Sorğuda iştirak edənlərin 20 faizi qərarsız olduqlarını və ya səsvermədə iştirak etməyi planlaşdırmadıqlarını bildiriblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər