ABŞ Prezidenti Donald Tramp 21–22 noyabr tarixlərində Venesuela lideri Nikolas Maduro ilə telefon danışığının baş tutduğunu təsdiqləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" ABŞ mətbuatına istinadən xəbər verir ki, lakin o, təfərrüatları açıqlamaqdan imtina edib.
“Bunu şərh etmək istəmirəm — cavab bəli. Danışığın yaxşı və ya pis keçdiyini deməzdim, bu sadəcə telefon söhbəti idi”, – Tramp bildirib.
Xatırladaq ki, Tramp noyabrın 29-da Venesuela üzərində və ətrafında hava məkanının bağlandığını elan etmişdi.