ABŞ Prezidenti Donald Tramp İranla əldə olunan atəşkəsin taleyi ilə bağlı mövqeyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "The Wall Street Journal" ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp köməkçilərinə bildirib ki, Tehran Amerika hərbçilərinin öldürülməsinə səbəb olacağı təqdirdə İranla atəşkəsə son qoyulması məsələsini nəzərdən keçirə bilər.
Rəsmilərin sözlərinə görə, davam edən qarşıdurmalara baxmayaraq, tərəflər arasında hava hücumlarına fasilə hələ də qüvvədə qalır.
Nəşr qeyd edir ki, Trampın müharibənin genişlənməsini istəməməsi onun Yaxın Şərqdə daha böyük münaqişənin qarşısını almaq üçün lokal gərginliklərə müəyyən həddə qədər dözməyə hazır olduğunu göstərir.