Tramp dərman qiymətlərinin aşağı salınması ilə bağlı sərəncam imzalayacaq

Tramp dərman qiymətlərinin aşağı salınması ilə bağlı sərəncam imzalayacaq
12.05.2025 07:21
Aa
dəq

ABŞ prezidenti Donald Tramp ABŞ-də dərman qiymətlərinin 30-80% azaldılmasını nəzərdə tutan sərəncam imzalamaq niyyətindədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə "Truth Social" platformasında yazıb.

"Mən Ağ Evdə xalqımızın tarixində ən mühüm icra sərəncamlarından birini imzalayacağımı elan etməkdən məmnunam. Dərmanların qiymətləri demək olar ki, dərhal 30-80% azalacaq".

Tramp uzun illərdir ki, ABŞ-də dərmanların baha olmasından narahat olduğunu vurğulayıb.

Həftənin ən çox oxunanları