Əsas məzmuna keç

Tramp Çin məhsullarına rüsumları 145 faizə qaldırıb

Tramp Çin məhsullarına rüsumları 145 faizə qaldırıb

ABŞ Prezidenti Donald Tramp Çin məhsullarına tətbiq olunan gömrük rüsumlarını 145 faizə yüksəldib. Bu barədə CNBC Ağ Evə istinadən məlumat yayıb. Qeyd...

ABŞ Prezidenti Çin məhsullarına tətbiq olunan gömrük rüsumlarını 145 yüksəldib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə CNBC Ağ Evə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Çindən olunan məhsullara ABŞ-ın tətbiq etdiyi tarif dərəcəsi hazırda faktiki olaraq 145%-dir.

Qeyd edək ki, bundan əvvəl Tramp ABŞ-ın tətbiq etdiyi ticarət tariflərini 125%-ə qaldırmışdı.

Çin hakimiyyəti isə buna cavab tədbiri olaraq ABŞ-dan idxal olunan mallara rüsumları 84%-ə qədər artırmağa qərar vermişdi. Tramp Çini bu addımdan geri çəkilməyə çağırmış, əks halda rüsumları daha da qaldıracağını bildirmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…