ABŞ Prezidenti Donald Tramp verdiyi rəsmi bəyanatda ABŞ ordusunun İrana qarşı "genişmiqyaslı və davamlı" hərbi əməliyyatlara başladığını elan edib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Ağ Ev rəhbəri qeyd edib ki, bu hərbi müdaxilənin əsas hədəfi İranın raket potensialını məhv etmək və ölkənin raket sənayesini yerlə-yeksan etməkdir.
"Xinhua" agentliyinin Vaşinqtondan verdiyi məlumata görə, əməliyyat artıq aktiv fazadadır və hədəflərin vurulması prosesi davam edir.