ABŞ Prezidenti Donald Tramp ölkəsinin yeni tariflərinin qüvvəyə mindiyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə "Truth Social" platformasında paylaşım edib.
Paylaşımında “gecə yarısından etibarən” tariflərin rəsmi şəkildə tətbiq olunmağa başladığını bildirən Tramp, qarşılıqlılıq prinsipinə əsaslanan və müxtəlif dərəcələri olan rüsumların artıq qüvvədə olduğunu qeyd edib.
Keçmiş prezident bildirib ki, bu tariflər uzun illərdir ABŞ-dən istifadə edən ölkələrə qarşı tətbiq olunur və yeni siyasət nəticəsində “milyardlarla dollar artıq ABŞ-yə axır”.
Donald Trampın bu addımı ticarət sahəsində proteksonist yanaşmanın davamı kimi qiymətləndirilir. Yeni tariflərin hansı məhsul və ölkələri əhatə etdiyi barədə isə hələlik rəsmi detallı məlumat paylaşılmayıb.