ABŞ və İran arasında Tehranın nüvə faylı ilə bağlı danışıqlar uğurla gedir və razılığa gəlmək çox sayda insanın həyatını xilas edə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
"Düşünürəm ki, İranla çox yaxşı işimiz var. Biz çox ciddi danışıqlar aparırıq. Amma yalnız iki mümkün nəticə var. Mümkün nəticələrdən biri də yaxşı deyil", - Tramp vurğulayıb.