ABŞ Prezidenti Donald Tramp texnologiya sahəsində ölkənin qlobal liderliyini təmin etmək və hökumətin ictimaiyyətlə əlaqələrini tənzimləmək məqsədilə yeni “Super Zəka Gücü” (Super Intelligence Task Force) adlı xüsusi işçi qrupunun yaradıldığını bəyan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu addım ABŞ dövlət başçısının sentyabrın 29-da imzaladığı və “süni” sözünün mənfi çalarlar daşıdığını əsas gətirərək “süni intellekt” ifadəsinin rəsmi dil daxilində “Super Zəka” (SZ/SI) termini ilə əvəz olunmasını nəzərdə tutan fərmandan sonra atılıb
Fərmana əsasən, bütün federal nazirlik və idarələrin rəsmi yazışmalarda və hesabatlarda bu terminologiyaya keçməsi tələb olunur.
Məlumata görə, birbaşa ABŞ Prezidentinə və Ağ Evin aparat rəhbəri Syuzi Ueylsə hesabat verəcək yeni quruma Milli Kəşfiyyat direktoru Kleyton rəhbərlik edəcək. Şuranın tərkibinə Federal Ticarət Komissiyasının sədri Endrü Ferqyuson, müdafiə tədqiqatları üzrə müşavir Emil Maykl və Personala Nəzarət Ofisinin direktoru Skott Kupor daxil edilib. İşçi qrupu federal hökumətin texnologiya nəhəngləri, kritik infrastruktur təminatçıları və ictimai təşkilatlarla münasibətlərini əlaqələndirəcək.
Bu təşəbbüs texnologiya sektorunda geniş əks-səda doğurub. "OpenAI" rəhbəri Sem Altman verdiyi son müsahibədə texnologiyanın risklərinə baxmayaraq, onun faydalarının ictimaiyyət üçün əlçatan olmasının vacibliyini qeyd edib. "Tesla" və "SpaceX" şirkətlərinin təsisçisi İlon Mask isə bu təşəbbüsü dəstəkləyərək "SpaceXAI" platformasının adını "SpaceXSI" olaraq dəyişəcəyini açıqlayıb.