Tozlu hava şəraiti 2 gün davam edəcək

Tozlu hava şəraiti 2 gün davam edəcək
15.08.2023 12:56
Aa
dəq

Son iki gün ərzində Bakı və Abşeron yarımadasının atmosfer havasında toz müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, atmosfer havasının keyfiyyətinin monitorinqi üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan əldə edilmiş məlumatların təhlilinə əsasən əgər avqust ayının 13-14-də tozun konsentrasiyası normadan 1,3-1,8 dəfə yüksək olubsa, hazırda havada tozun miqdarı normadan 2.5 dəfə artıqdır.

Qeyd olunub ki, havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir: "Belə ki, davamlı cənub-şərq istiqamətli hava axınları ilə toz hissəciklərinin ölkə ərazisinə daxil olması müşahidə olunur. Bu günlərdə isti diskomfortla yanaşı tozun miqdarının normadan yüksək olmasını nəzərə alaraq açıq havada uzunmüddət olmaq tövsiyə olunmur. Ev və ofis şəraitində isə nəm təmizləmə işlərinin gün ərzində aparılması məsləhətdir, çünki belə hava xüsusilə tənəffüs orqanları problemi olan insanlarda narahatlıq hissi yarada bilər. Bu cür tozlu hava şəraitinin 2 gün ərzində davam edəcəyi gözlənilir".

Həftənin ən çox oxunanları

Azərbaycana payız fəsli daxil olub

Azərbaycana payız fəsli daxil olub
DAVAMIN OXU davamın oxu

Vətəndaşların nəzərinə!

Vətəndaşların nəzərinə!
DAVAMIN OXU davamın oxu

Baş nazir qərar İMZALADI

Baş nazir qərar İMZALADI
DAVAMIN OXU davamın oxu

ETSN-də I müavin vəzifəsi təsis olunub

ETSN-də I müavin vəzifəsi təsis olunub
DAVAMIN OXU davamın oxu

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - RƏSMİ

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - RƏSMİ
DAVAMIN OXU davamın oxu