Əsas məzmuna keç

Toxumçuluq haqqında qanun layihəsi I oxunuşda təsdiqləndi

Toxumçuluq haqqında qanun layihəsi I oxunuşda təsdiqləndi

Milli Məclisdə kənd təsərrüfatı sahəsini tənzimləyən yeni qanun qəbul olundu. Fermerlərin məhsuldarlığına və keyfiyyətli əkin materiallarına necə təsir edəcək?

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Milli Məclisin növbədənkənar sessiyasının bugünkü iclasında bir sıra qanunların " haqqında" qanun layihəsinə uyğunlaşdırılması I oxunuşda təsdiq edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, söhbət "Seleksiya nailiyyətləri haqqında", "Dövlət rüsumu haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Texniki tənzimləmə haqqında" qanunlardan gedir.

Qanun layihəsi aşağıdakıları nəzərdə tutur:

- seleksiya nailiyyətləri (sortlar və hibridlər, cinslər), qeydiyyata alınmış əməliyyatçıları, seleksiya nailiyyətlərindən istifadə ilə əlaqədar bağlanmış müqavilələr və toxumluq əkinlər barədə məlumatların (qeydlərin) məcmusunu özündə əks etdirən informasiya sisteminin (Reyestrin) "Seleksiya nailiyyətləri haqqında" qanunda təsbit edilməsi;

- "Dövlət rüsumu haqqında" qanuna yeni maddə əlavə edilərək toxumçuluq sahəsində fəaliyyət göstərən toxum əməliyyatçılarının qeydiyyatına və toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsinə görə dövlət rüsumunun müəyyən edilməsi ilə kənd təsərrüfatı sahəsində toxumçuluğun idarə edilməsində göstərilən xidmətlərin və hüquqi hərəkətlərin keyfiyyət göstəricilərinin yüksəldilməsi;

- toxumun ərzaq təhlükəsizliyi üçün xüsusi dəyərə və dövlətin maraqları baxımından mühüm sosial-iqtisadi əhəmiyyətə malik olduğunu nəzərə alaraq, "Lisenziya və icazələr haqqında" qanuna yeni maddə əlavə edilərək toxum əməliyyatçılarının qeydiyyata alınmasına dair müvafiq informasiya sistemindən çıxarışın verilməsinin sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısına əlavə edilməsi. Sözügedən dəyişiklik toxumların dövriyyəsində səmərəli izlənilmə mexanizminin qurulmasına, bu sahədə baş verə biləcək pozuntuların qarşısının alınmasına, keyfiyyətsiz məhsulun ticarət dövriyyəsinə daxil olmasına yol verilməməsinə xidmət edəcək;

- toxumların keyfiyyətinə və sertifikatlaşdırılmasına dair tələbləri müəyyən edən toxumçuluq sahəsində texniki normativ hüquqi aktların hazırlanması və qəbulunun "Toxumçuluq haqqında" qanuna uyğun olaraq tənzimləndiyindən, "Texniki tənzimləmə haqqında" qanuna 5.4-1-ci maddənin əlavə edilməsi. Bununla da bitki sortlarının toxumlarına dair məcburi tələblərə "Texniki tənzimləmə haqqında" qanunun şamil edilməməsi öz həllini tapır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…