Tovuzda 75 yaşlı kişi minaya düşərək xəsarət alıb - YENİLƏNİB

Tovuzda 75 yaşlı kişi minaya düşərək xəsarət alıb - YENİLƏNİB
27.05.2023 10:42
Aa
dəq

Mayın 27-də Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub

Prokurorluqdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, ilkin araşdırma zamanı qeyd olunan ərazidə mina partlaması nəticəsində 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun xəsarət alması müəyyən edilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

09:57 ***

Bu gün saat 08 radələrində Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partlaıyışı baş verib.

DİN-in Mətbuat xidmətinin regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, kənd sakini 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun minaya düşməsi barədə Tovuz Rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumata görə dərhal polis əməkdaşları hadisə yerinə gələrək A.Ələsgərovu xəstəxanaya çatdırıblar.

Onun sol ayağından xəsarət aldığı bildirilir.

Hazırda xəstəxanada müalicəsi davam etdirilir.

Həftənin ən çox oxunanları

Xankəndidə avtomat və qumbaralar aşkarlanıb

Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Xırdalanda partladıcı və qumbaralar tapılıb

Xırdalanda partladıcı və qumbaralar tapılıb
DAVAMIN OXU davamın oxu

Ucarda məktəb binası yanıb

Ucarda məktəb binası yanıb
DAVAMIN OXU davamın oxu

MİDA-nın vəzifəli şəxsi vəfat edib

MİDA-nın vəzifəli şəxsi vəfat edib
DAVAMIN OXU davamın oxu

Gəncədə yaşayış binasında yanğın baş verib - VİDEO - YENİLƏNİB

Gəncədə yaşayış binasında yanğın baş verib - VİDEO - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu