AFFA İntizam Komitəsi "Turan Tovuz"u 1600 manat məbləğində cərimələyib.
"Operativ Məlumat Mərkəzi - OMM" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna Tovuz təmsilçisinin azarkeşlərinin XXII turda "Kəpəz"lə matçda meydana kənar əşyalar atması səbəb olub.
Qeyd edək ki, qarşılaşma "Turan Tovuz"un 2:0 hesablı qələbəsi ilə bitib.