Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Torpaqların alınması ilə bağlı yeni QƏRAR

2 dəq
Paylaş:
Torpaqların alınması ilə bağlı yeni QƏRAR

Azərbaycanda dövlət ehtiyacları üçün torpağın alınması hallarının siyahısı genişləndirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, in bugünkü plenar iclasında Mülki Məcəlləyə və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanuna təklif edilən mühüm dəyişikliklər müzakirə edilib.

Qəbul edilən qanun layihəsinə əsasən, bundan sonra dəniz və hava limanlarının (aeroportların), eləcə də aerodromların ərazisinin genişləndirilməsi və ya bu tipli yeni obyektlərin inşası məqsədi ilə sahələri dövlət tərəfindən alınacaq.

Bu yenilik aviasiya təşkilatlarının tələblərinin icrası və uçuşların təhlükəsizliyinin təkmilləşdirilməsi zərurətindən irəli gəlir. Dəyişiklik, hava limanları ətrafında mühafizə olunan zonalarının yaradılması və yeni -enmə zolaqlarının tikilməsi çərçivəsində bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların alınmasını asanlaşdıracaq.

İndiyədək sadalanan məqsədlərin qanunvericilikdə dəqiq əksini tapmaması, torpaq mülkiyyəti ilə bağlı münasibətlərin tənzimlənməsində və tikinti işlərinin operativ icrasında çətinliklər yaradırdı.

Yeni qanun hava limanlarının tikintisi və genişləndirilməsi zamanı torpaq sahəsinin daha çevik alınmasına, bu sahədə yaranan mübahisələrin operativ həllinə xidmət edəcək. Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax