Serik Jumanqarin Qazaxıstanın yeni milli iqtisadiyyat naziri - Baş nazirin müavini olub.
"Operativ Məlumat Mərkəzi-OMM" “Akorda”nın Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev fərman imzalayıb.
“S.Jumanqarinin namizədliyi Qazaxıstan Məclisinin İqtisadi İslahat və Regional İnkişaf Komitəsinin iclasında razılaşdırılıb”, - Məclisin məlumatında bildirilib.
Qeyd edək ki, S.Jumanqarin bundan əvvəl Qazaxıstan Baş nazirinin müavini vəzifəsində çalışıb.
***
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Baş nazirin müavini, milli iqtisadiyyat naziri Nurlan Baybazarovun vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" "Akorda"nın mətbuat xidmətinə istinadən xəbər verir.
"Dövlət başçısının fərmanı ilə Baybazarov Nurlan Serikoviç Qazaxıstan Respublikasının Baş nazirinin müavini - Milli İqtisadiyyat naziri vəzifəsindən azad edilib", - məlumatda bildirilib.
Qeyd edək ki, N.Baybazarov 2024-cü ilin fevralından Baş nazirin müavini - milli iqtisadiyyat naziri vəzifəsində çalışırdı.