Operativ Məlumat Mərkəzi

Tokayev Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünü yüksək qiymətləndirib

1 dəq
Paylaş:
Tokayev Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünü yüksək qiymətləndirib
bu barədə "RİA Novosti" məlumat yayıb. Tokayev Bakı və İrəvanın Azərbaycan və Ermənistan arasında sülh sazişinin hazırlanması ilə bağlı Astananın təklifi...

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirib ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Almatıda keçiriləcək görüşü Cənubi Qafqazda sülhün sürətlə bərqərar olmasına töhfə verəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Tokayev Bakı və İrəvanın Azərbaycan və Ermənistan arasında sülh sazişinin hazırlanması ilə bağlı Astananın təklifi ilə bağlı danışıqlara razılıq verməsini alqışlayıb. O əlavə edib ki, qarşıdan gələn görüş iki dövlət arasında razılaşmaların praktiki icrasına xidmət edə və regionda uzunmüddətli sülhün bərqərar olmasına töhfə verə bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər