Azərbaycan bu gün Türk dünyasında xüsusi yer tutur.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına ünvanladığı müraciətdə qeyd olunub.
Müraciətdə vurğulanıb ki, Birinci Türkoloji Qurultay bütün Türk dünyası üçün əhəmiyyətli tarixi hadisə idi:
"Qurultay qardaş ölkələrin sarsılmaz birliyinin göstəricisinə çevrilib. Həmin qurultayda irəli sürülən ideyalar bu gün də aktuallığını itirməyib".
Qeyd edək ki, müraciətin mətnini Qazaxıstan Prezidentinin müşaviri Malik Atarbayev səsləndirib.