Əsas məzmuna keç

İlham Əliyev bu səfirləri də geri çağırdı

İlham Əliyev bu səfirləri də geri çağırdı

Prezident İlham Əliyevin sərəncamı ilə bir sıra ölkələrdəki diplomatik nümayəndəliklərin rəhbərləri vəzifələrindən azad edilib. Siyahıda kimlər var?

en ru

Fuad Eldar oğlu İsgəndərov Azərbaycanın İsveçrədə, eyni zamanda Lixtenşteyndə fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İlham Əliyev Sərəncam imzalayıb.

***

Dövlət başçısının digər Sərəncamı ilə Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycanın Niderlandda fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycanın Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

***

Prezidentin Sərəncamına əsasaən, Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın Belçikada, eyni zamanda Lüksemburqda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…