Əsas məzmuna keç

Toğanalı–Kəlbəcər yolunda qar uçqunu: Hərəkət məhdudlaşdırıldı

Toğanalı–Kəlbəcər yolunda qar uçqunu: Hərəkət məhdudlaşdırıldı

Murovdağda yaranan 15 metrlik qar kütləsi yolları bağladı. AAYDA sürücülərə Suqovuşan və Sərsəng su anbarı istiqamətindən istifadəni tövsiyə edir. Son vəziyyət:

en ru

Bu gün günorta saatlarında Toğanalı––İstisu yolunun Murovdağ ərazisindən keçən hissəsində qar uçqunu qeydə alınıb və nəticədə yolun hərəkət hissəsi 10–15 metr hündürlükdə qar kütləsi ilə örtülüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Qeyd olunub ki, hazırda yaranmış fəsadların aradan qaldırılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir.

"Bütün aidiyyəti qurumlar baş vermiş hadisə ilə bağlı məlumatlandırılıb. Təhlükəsizlik baxımından Toğanalı və Kəlbəcər istiqamətlərində vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb. Sözügedən istiqamətdə hərəkət edən sürücülərdən xahiş olunur ki, müvəqqəti olaraq –Sərsəng su anbarı–Qozlukörpü–Kəlbəcər avtomobil yolundan istifadə etsinlər", - deyə məlumatda qeyd olunub.

Hava proqnozu

20° Bakıda indiGünəşli
  1. Bu gün Günəşli 22° 19°
  2. Sabah Tutqun 23° 19°
  3. Birigün Arabir yağış 20° 19° yağış 80%
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…