Tibbi maska və onun istehsalı üçün xammal idxalına gömrük güzəştinin müddəti uzadılıb

Tibbi maska və onun istehsalı üçün xammal idxalına gömrük güzəştinin müddəti uzadılıb
16.12.2024 10:57
Aa
dəq

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, tibbi maska istehsalı üçün xammal və tibbi respiratorların idxalına tətbiq edilən və 31 dekabr 2024-cü il tarixində qüvvədən düşəcək idxal gömrük rüsumlarından azadolmanın müddətinin 2027-ci ilin sonuna qədər uzadılıb.

Həmçinin, 31 dekabr 2024-cü il tarixinədək qüvvədə olan, tibbi maska idxalına tətbiq edilən idxal gömrük rüsumunun (1 ədəd üçün 3 ABŞ dolları senti) qüvvədə olma müddətinin 2027-ci ilin sonuna qədər uzadılıb.

Həftənin ən çox oxunanları