Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Hörmüz boğazından 3-cü gəmi keçdi

2 dəq
Paylaş:
Hörmüz boğazından 3-cü gəmi keçdi

ABŞ Hava Qüvvələrinin blokadaya aldığı boğazından daha bir tanker müvəffəqiyyətlə keçib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Al-Jazeera" telekanalı "MarineTraffic""Kpler" qlobal izləmə sistemlərinin məlumatlarına istinadən xəbər yayıb.

Bildirilib ki, Panama bayrağı altında üzən "Peace Gulf" tankeri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Həmriyyə limanına istiqamət alıb. Qeyd edək ki, bundan əvvəl də Hörmüz boğazından iki tanker keçmişdi. Boğazdan keçən ümumilikdə üç gəmi İran limanlarına yönəlmədiyi üçün ABŞ-nin tətbiq etdiyi blokada onlara şamil edilmir.

Xatırladaq ki, ABŞİsrail fevralın 28-də İrana qarşı əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi , Qətər, BƏƏ, Oman, Bəhreyn, İraqKiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə aparılan İran-ABŞ danışıqları isə razılaşma əldə edilmədən başa çatıb. Daha əvvəl ABŞ Prezidenti Tramp aprelin 13-də Şərq vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 18:00-da) Hörmüz boğazında İran limanlarının blokadaya alınmasına başlandığını açıqlamışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax