ABŞ-nin exas ştatında davam edən meşə yanğınları nəticəsində 1 milyon hektar ərazi külə dönüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, səlahiyyətlilər təbii fəlakət nəticəsində bir nəfərin öldüyünü, 13 evin yararsız hala düşdüyünü açıqlayıb.
Fevralın 26 başlayan ştatın 5 nöqtəsində müşahidə olunan yanğını hələ də nəzarət altına almaq mümkün olmayıb.
Qonşu Oklahoma ştatına da keçən yanğın burda 31 min 600 hektar əraziyə ciddi ziyan vurub.
Hazırda hər iki ştatda alovla mübarizə davam edir. Vəziyyətlə əlaqədar Texasda ötən gün fövqəladə vəziyyət elan edilib.
Qeyd edək ki, bu Texas tarixinin 2-ci ən böyük meşə yanğınıdır. Ştat tarixində ən böyük yanğın 2006-cı ildə baş verib. Həmin vaxt təbii fəlakət nəticəsində 13 nəfər həlak olub.