Tərlan Əhmədov: "Hakim səhvləri ucbatından səkkiz xal itirmişik"

Tərlan Əhmədov: "Hakim səhvləri ucbatından səkkiz xal itirmişik"
16.03.2023 21:25
Aa
dəq

“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyun haqda (2:2) danışıb.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:

“Maraqlı oyun izlədik. İtkilərə baxmayaraq, komandanı yaxşı motivasiya etmişdik. Bizim üçün çox vacib xal idi. Futbolçularım çox yaxşı oynadı. Hər şey nizam-intizamla bağlıdır. Komandada rəqabət çoxdur. Bütün futbolçularımı təbrik edirəm. Öz səhvlərimizdən, hakimlərin səvlərindən çox xal itirdik. Yerdə qalan doqquz oyunda xallar qazanmağa çalışacağıq. Gəncədən gələn azarkeşlərimizə təşəkkür edirəm. Veteran futbolçularımıza minnətdaram. Məhz bunların sayəsində inkişaf edirik.

Burada təbrikdən söhbət gedə bilməz. Rəqibimiz böyük klubdur. Yeddinci aydır ki, mən buradayam. İndiki halda “Neftçi”dən xal almaq böyük nəticədir. Heç-heçə ədalətli nəticə idi. Səfərdə bir xal qazanmaq önəmlidir.

Hakim səhvləri ucbatında səkkiz xal itirmişik. Bəzi məsələlər də zaman aldı. Artıq bunlar keçmişdə qalıb. Əvvəlki matçlarda olduğu kimi, ciddi səhvlər olmadı. Aprel ayı bizim üçün çətin olacaq. Ardıcıl olaraq ağır qrafikdə oynayacağıq. Qarşımıza qoyduğumuz məqsəd elitada qalmaq və vəziyyətimizi yaxşılaşdırmaqdır. 6 və ya 7-ci pilləyə yüksəlmək əsas məqsəddir.

Ümumiyyətlə, “Səbail”lə matçda uduzmamalıydıq. Lakin həyatın görünməyən tərəfləri var. Bunlar təbii proseslərdir. Liderlərə qarşı necə oynayırıqsa, son pillələrdə olan komandalara da qarşı eyni formada çıxış etməliyik. Komandam yeni formalaşır. Burada stabil oyundan söhbət gedə bilməz. Çalışıram ki, stabilliyi qoruyub saxlayaq. “Sabah”a uduzmamalıydıq. Əsas məqsəd Premyer Liqada qalmaqdır. Bu, hazırda çox vacibdir. 

Dördüncü dövrədə nələrin olacağını bilə bilmərəm. Yenə deyirəm: hədəf elitada qalmaqdır. Komandamla bu gün səkkiz dəqiqə matç barədə danışmışam. Oyunun əsas mahiyyətini onlara çatdırmışdım.

Futbolçuların özünün gələcəyi var. Onları motivasiya etmək vacibdir. Futbolçuların motivasiyalı olması göstərdikləri oyunla bağlıdır. Bir neçə futbolçumuza təklif var. Oyunçulara hər zaman bir cümlə deyirəm: “Fikirləşin ki, sizi evdə düşünənlər var”.

Mən istəyirəm ki, elitada 16-18 komanda olsun. Çox istəyirəm ki, komandaların sayı artsın. Futbol oynamaq fərqliliyini görmək istəyirəm. Bizim o qədər itirdiyimiz kollektivlər var ki...Qərar federasiyanındır. Komandaların sayı artsa, yaxşı olar”.

Rövşən Əlisoy 

Həftənin ən çox oxunanları

UEFA Millətlər Liqasında 9 oyuna 5 darmadağın

UEFA Millətlər Liqasında 9 oyuna 5 darmadağın
DAVAMIN OXU davamın oxu

Şahruddin bu futbolçunu “Qarabağ”a gətirdi

Şahruddin bu futbolçunu “Qarabağ”a gətirdi
DAVAMIN OXU davamın oxu

Kovaçiç Səudiyyə Ərəbistanı klubuna keçməyəcək

Kovaçiç Səudiyyə Ərəbistanı klubuna keçməyəcək
DAVAMIN OXU davamın oxu

Simeone Amrabatı "Atletiko"da görmək istəyib

Simeone Amrabatı
DAVAMIN OXU davamın oxu

"Mançester Siti" və "Liverpul" bu futbolçu üçün mübarizə aparacaqlar

DAVAMIN OXU davamın oxu