Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Livan üçün 10 ölkədən atəşkəs çağırışı: Döyüşlər dayandırılsın

2 dəq
Paylaş:
Livan üçün 10 ölkədən atəşkəs çağırışı: Döyüşlər dayandırılsın

Kanada, Birləşmiş Krallıq, Avstraliya, , , Kolumbiya, İndoneziya, İordaniya, Syerra-Leone və İsveçrə Livanda pisləşən vəziyyət və didərginlik böhranı ilə bağlı birgə bəyanat yayıblar.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.

Məlumata görə, ABŞ, İsrail və İran arasında atəşkəsi alqışlayan ölkələr Livanda döyüşlərin dərhal dayandırılmasını tələb ediblər.

Bəyanatda qeyd olunur: “Mülki şəxslər və mülki infrastruktur əməliyyatların təsirlərindən qorunmalıdır. Ən həssas əhalini qorumağa və kömək etməyə çalışan humanitar işçilərə hörmət və mühafizə edilməlidir”.

Digər hissədə isə vurğulanır: “Humanitar personalın təhlükəsizliyini təhdid edən hücumlar dayandırılmalıdır. Münaqişənin bütün tərəfləri bütün hallarda humanitar hüquqa hörmət etməlidirlər”.

Ölkələr həmçinin BMT sülhməramlılarının ölümünə səbəb olan və Livanın cənubunda humanitar riskləri artıran hərəkətləri kəskin şəkildə qınayıblar.

Qeyd edək ki, Livan 2 martdan bəri davam edən qarşıdurmalar fonunda ciddi humanitar böhran yaşayır. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, 2 mart–14 aprel aralığında ölənlərin sayı 2124 nəfərə, yaralıların sayı isə 6921 nəfərə çatıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax